Türkiyədən göndərilən humanitar yardım paketləri mehmetciklər tərəfindən etibarlı şəkildə suriyalı vətəndaşlara çatdırılıb
Suriyanın Tel Abyad və Rəsulayn rayonlarını PKK/YPG terror təşkilatından təmizləyən Türkiyə hərbçiləri yerli sakinlərə yardım edib.
AYNA Türkiyənin Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, “Sülh çeşməsi” əməliyyatının keçirildiyi bölgədəki kəndlərə qədər gedib çıxan mehmetciklər digər müvafiq qurumların dəstəyi ilə yardım paylamağa və tibbi xidmətlər göstərməyə davam edirlər.
Bu çərçivədə Rəsulaynın şərqindəki Bibarkiyə kəndində də ehtiyacı olan insanlara həm yardım paylanıb, həm də tibbi müayinələr keçirilərək ehtiyacı olan xəstələrə tibbi xidmətlər göstərilib.
Həmçinin Rəsulaynın şərqində yerləşən Maşrafat kəndində də Türkiyədən göndərilən humanitar yardım paketləri mehmetciklər tərəfindən etibarlı şəkildə suriyalı vətəndaşlara çatdırılıb.