İdman

Azərbaycanın daha iki boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Azərbaycan millisinin daha iki üzvü Monteneqronun Budva şəhərində keçirilən 22 yaşadək boksçular arasında Avropa çempionatında mərhələ adlayıb.

“Zirvə yolu” Federasiyadan verilən məlumata görə xəbər verir ki, 60 kq-da Maqsud Xasmetov ardıcıl ikinci görüşünü qələbə ilə başa vurub.

O, 1/8 finalda irlandiyalı Kallum Ovensi mübarizədən kənarlaşdırıb – 4:1 (28:29, 29:28, 29:28, 29:28, 29:28). Boksçumuz üçüncü döyüşündə rusiyalı Konstantin Opolski ilə üz-üzə gələcək.

Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən Murad Allahverdiyev də adını 1/4 finala yazdırıb. O, italiyalı Kromvell Kommeyalfredi 4:1 (29:28, 30:26, 30:26, 28:29, 29:28) hesabı ilə məğlub edib. Allahverdiyev növbəti döyüşünü Delil Dadayevə (Almaniya) qarşı keçirəcək.

1/4 final qarşılaşmaları noyabrın 16-da baş tutacaq.

Qeyd edək ki, yarışın dördüncü günündə Azərbaycan millisinin daha 2 boksçusu mübarizəyə qoşulacaq. Daha əvvəl yığmanın iki üzvü 1/4 finala yüksəlib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir