Dünya

Haitidə silahlı dəstələr arasında toqquşma ciddi şəkildə artıb

Haitinin paytaxtı Port-o-Prensin ən böyük qəsəbəsi Cite-Soleydə silahlı dəstələr arasında toqquşmaların intensivliyi ciddi şəkildə artıb.

“Zirvə yolu” xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.

Qəsəbənin ən böyük xəstəxanası yaxınlığında atışmalara görə bir neçə yüz xəstə təxliyə edilib, minlərlə sakin evini tərk etməli olub.

Qəsəbədə ümumilikdə 265 minə yaxın insan yaşayır. Hakimiyyət orqanları hələ ki, qarşıdurmalarla bağlı açıqlama verməyib.

Oktyabrın əvvəlində BMT Təhlükəsizlik Şurası Haitidə təhlükəsizliyə kömək etmək üçün silahlı missiyanın yaradılması haqqında qətnamə qəbul edib. Missiyanın Haitidə fəaliyyət göstərən silahlı qruplara qarşı mübarizədə iştirakı gözlənilir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir