Azərbaycan gimnastı Mixail Malkin 2025-ci ildə Çinin Çendu şəhərində təşkil ediləcək 12-ci Ümumdünya Oyunlarına vəsiqə qazanıb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
M.Malkin Böyük Britaniyanın Birminqem şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında ilk dəfə tamblinq üzrə qızıl medal qazanmaqla buna nail olub.