Azərbaycan xüsusi təyinatlılarının Türkiyədə qatıldığı beynəlxalq təlimlə bağlı brifinq keçirilib
Türkiyənin Marmaris şəhərində keçirilən “Doğu Akdeniz – 2023” beynəlxalq təlimində noyabrın 17-də iştirakçılara brifinq təqdim edilib.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, brifinqdə təlimin məqsədi, keçiriləcəyi ərazi, eləcə də ssenarisi, qarşıya qoyulan tapşırıqlar və icra olunacaq fəaliyyətlərlə bağlı məlumatlar verilib.
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz Xüsusi Təyinatlılar dəstəsinin bir qrup şəxsi heyətinin də iştirak etdiyi təlimdə müxtəlif epizodlar üzrə tapşırıqlar yerinə yetiriləcək.
Qeyd edək ki, beynəlxalq təlim noyabrın 25-dək davam edəcək.