Cəmiyyət

AZAL-ın yeni rəhbərinin deputatlardan xahişi var – “Ümid edək ki…”

Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti vəzifəsini icra edən Samir Rzayev Milli Məclisdə tənqid olunmasını istəmir.

Bu barədə Gununsesi.info-ya millət vəkillərindən biri bildirib.

Həmin deputatın sözlərinə görə, AZAL-ın yeni rəhbəri bir qrup həmkarına müraciət edərək, AZAL-la bağlı tənqid səsləndirməmələrini onlardan xahiş edib.

“Bildirir ki, məni tənqid etməyin, təyyarə bileti qiymətləri endirmək üçün ciddi çalışmalarım var” deyə həmin deputat əlavə edib.

Millət vəkilinin sözlərinə görə, Samir Rzayev AZAL-ın qənaət etdiyi pullarla ilk dəfə öz hesabına yeni təyyarə aldığını da onların diqqətinə çatdırıb.

“Ümid edək ki, Samir Rzayev bilet qiymətləri ilə bağlı çalışmalarında müsbət nəticə əldə edəcək”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir