Dünya Manşet

Tramp Rusiya və Çini nüvə silahından imtina etməyə çağırdı

ABŞ prezidenti Donald Trump nüvə silahlarından imtina etmək lehinə çıxış edib. Bunu “Fox News”a verdiyi müsahibədə deyib.

“Bu gün Kim Çen Inla görüşündə Rusiya prezidenti Putinin Şimali Koreyaya kömək etmək imkanına malik olduğunu fəxirlə və sevinc hissi ilə söylədiyini izlədim. Biz hamımız istəyirik və nüvə silahlarından qurtulmalıyıq. Rusiya xilas olmalıdır, Çində qurtarmalıdır nüvə silahlarından”, -deyə ABŞ prezidenti bildirib.

“Bizimyol.info” xəbər verir ki,  martın 15-də Şimali Koreya rəhbərliyi bəyan edib ki, nüvə silahları razılaşması ilə bağlı ABŞ-la danışıqların dayandırılması ehtimalını nəzərdən keçirir. KXDR Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Pxenyan ABŞ tələblərinə güzəştə getmək niyyətində deyil və ölkə rəhbərini nəticəsiz danışıqlar aparmaq istəyi yoxdur.

19 aprel tarixində prezident Donald Trump administrasiyası səbəbləri izah etmədən nüvə silahı ehtiyatları barədə məlumat açıqladı. 2017-ci il 30 sentyabr tarixli son hesabatına görə Birləşmiş Ştatlarda 3 min 822 nüvə başlığı var idi.

Rusiya və ABŞ arasındakı müqavilədə strateji hücum silahları və nüvə silahını azaltmaq öhtəliyi əks olunub, tərəflər 5 fevral 2018-ci ilə qədər 1,550 döyüş başlığı qalmalı idi. Müqavilənin müddəti 2021-ci ildə başa çatacaq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir