Lerik sakini Əliyev İntiqam Hənifə oğlu Anaxeber.info-ya müraciətində məktəbli oğlunun direktor tərəfindən hədə-qorxu yolu ilə müəllimin evindən sənəd oğurlamağa təhrik edildiyini açıqlayıb. İ.Əliyev saytımıza deyib ki, Lerik rayon Ləkər kəndinin direktoru Ərəstun Ağayev onun övladını məktəbin müəllimi Firdovsi Ağayevin sənədini onun evindən götürməyə vadar edib. Onun sözlərinə görə, məktəb direktoru uşağı hədələyib, ona təzyiq göstərib: “Həmin kağızları uşaq evə gətirəndə gördüm. Həftə sonuna düşdüyü üçün direktora verməyib, evə gətirmişdi. Soruşanda dedi ki, direktor tapşırıb. Amma direktor bizi təhdid edir ki, buna görə sizi məhkəməyə verəcəyəm. Halbuki uşaq deyir ki, direktor məcbur etdi, mən də götürdüm. Biz bu məsələnin araşdırılmasını xahiş edirik”. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Anaxeber.info