İdman

Azərbaycanın şahmat millisi Avropa çempionatında gümüş medal qazanıb

Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında sonuncu IX turun oyunları keçirilib.

“Zirvə yolu” xəbər verir ki, qadın şahmatçılardan ibarət Azərbaycan millisi son turda Serbiyanı məğlub edib.

Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Xanım Balacayeva son turda qələbə qazanıb. Birinci lövhədə çıxış edən Günay Məmmədzadə məğlub olub. Yekunda 3:1 hesablı qələbə qazanan Azərbaycan yığması 15 xalla tarixdə ilk dəfə Avropa çempionatının gümüş medalına yiyələnib.

Son turda İtaliya ilə heç-heçə (2:2) edən kişilərdən ibarət millimiz isə yarışı 9 xalla 18-ci yerdə bitirib.

Qeyd edək ki, Azərbaycan millisi çempionatda 7 turda qələbə qazanıb. Yalnız bir tur gələcək çempion Bolqarıstana məğlub olub. Bir turda isə heç-heçə qeydə alınıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir