Kriminal

Zaqatalada qətlə yetirilən qadınla bağlı bəzi təfərrüatlar məlum olub – YENİLƏNİB

Zaqatalada qətlə yetirilən 34 yaşlı Aygün Həşimova ilə bağlı bəzi təfərrüatlar məlum olub.

“Zirvə yolu” xəbər verir ki, A.Həşimovanın anası Zəminə Həşimova bildirib ki, qızı Zaqatalada kafedə işləyirdi.

“Qızım 3-4 gün öncə işdən gələndə Əli Səfərov qabağını kəsib onu qaçırmağa gəldiyini bildirib. O, qızımın işlədiyi kafe ilə üzbəüz olan hoteldə qalırdı. Aygünü onunla birlikdə özünü də öldürəcəyi ilə hədələyib. Əli Aygünün ikinci həyat yoldaşı olub. Ailədə çoxlu söz-söhbət olub. Əli onu döyüb, pulunu alırdı. Aygün bunlara dözə bilməyib 10 gün əvvəl qayıdıb gəldi. O, qızımın adına kredit götürüb, onu borca salıb”, – deyə Z.Həşimova vurğulayıb.

Qeyd edək ki, hadisə səhər saatlarında Zaqatala şəhəri Həzi Aslanov küçəsində baş verib. Zaqatala rayonu Qımır kənd sakini 34 yaşlı Aygün Həşimovanı qətlə yetirməkdə təqsirləndirilən həyat yoldaşı Şamaxı rayon sakini 32 yaşlı Əli Səfərov saxlanılıb.

Aygün Həşimovanın meyiti müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

09:40

Zaqatala rayonunda qadın öldürülüb, saxlanılan var.

“Zirvə yolu” xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, noyabrın 24-ü saat 9 radələrində Zaqatala şəhərində 1989-cu il təvəllüdlü Həşimova Aygün Mikayıl qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Səfərov Əli Fərhad oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir