Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana işgüzar səfəri çərçivəsində Bakı Ekspo Mərkəzində “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgi ilə tanış olub.
“Zirvə yolu” xəbər verir ki, Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA Həftəsi keçirilir. Proqramın iştirakçı dövlətləri Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır.
Həftə çərçivəsində bu gün BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı olan SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü öz işinə başlayacaq.
Tədbirdə SPECA ölkələrinin rəhbərləri və digər yüksək səviyyəli rəsmilər iştirak edəcəklər.