Naxçıvan şəhərində keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresin iştirakçılarının Ordubad rayonuna səfəri təşkil olunub.
“Zirvə yolu” xəbər verir ki, səfər çərçivəsində rayonun Parağa kəndində yaşayan Qərbi azərbaycanlılarla görüşü keçirilir.
Həmçinin, Qərbi Azərbaycana məxsus folklor nümunələri, mədəniyyət və mətbəx nümunələri nümayiş etdirilir. Görüşün keçirildiyi məkanda qonaqlar üçün konsert proqramı da təşkil olunub.