Cəmiyyət Xəbər

Sumqayıtda evə silahlı basqın zamanı yaralanan Türkiyə vətəndaşı ölüb

Sumqayıtda güllələnmə hadisəsində yaralanan Türkiyə vətəndaşı bu gün ölüb.

“Zirvə yolu” xəbər verir ki, ötən ay Sumqayıtda silahlı basqın zamanı yaralanan Türkiyə vətəndaşı Sərkan Karakaş bu gün xəstəxanada vəfat edib.

S.Karakaş ötən gün axşam saatlarında Türkiyədəki xəstəxnalardan birinə köçürülmüşdü.

Xatırladaq ki, oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər – Susana Karakaş və Dağbəyi Fərəcov ölüb, 4 nəfər isə xəsarət alıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir