“Neçə aylardır Naxçıvanın iki ən böyük xəstəxanasında Kompüter Tomoqrafiya aparatı işləmiR…
Bir həftə burda yesir olduq bir nəticə olmadı… Sonra Bakıya getdik burda qoyulan bütün diaqnozlar yanlış çıxdı…”
Bu Naxçıvandan vətəndaş şikayətində yer alıb.
Digər şikyətçi isə bildirir: “Şikayət üçün Səhiyyə Nazirliyinə getmişdim… Nahar vaxtı saat ikidə bitir… Saat 3-ün yarısı olmuşdu…. kimsə yerində yox idi məni qəbul etsin…”
***
Başqa bir şikayətdə qeyd olunur: “Laboratoriyalarda işləyənlər 100 manat da alsalar, onlara çoxdur. Çünki insanların evini o yanlış analizlər yıxır. Məsuliyyətsizlik, savadsızlıq ucbatından millət ora-bura qaçmaqdan yorulub. Hələ pul davası gedir…”
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır…