İqtisadiyyat

“Azərbaycan Sənaye Korporasiyası”nın xalis mənfəəti 5% artıb

 

 

 

 

 

 

 

 

“Azərbaycan Sənaye Korporasiyası” ASC (ASK) 2022-ci ili 46,202 milyon manat xalis mənfəətlə başa vurub.

“Zirve yolu” xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 4,8 % çoxdur.

Ötən il ASK-nın satışdan gəlirləri 434,197 milyon manat (əvvəlki ilə nisbətən 1,2 % çox), satışının maya dəyəri 340,342 milyon manat (2,8 % çox), ümumi və inzibati xərcləri 20,747 milyon manat (22,2 % çox), satış və paylanma xərcləri 13,65 milyon manat (20 % az), köhnəlmiş mal-material ehtiyyatları üzrə təminat xərcləri 1,704 milyon manat (12,8 dəfə çox), debitor borcları və digər alınacaq vəsaitlər üzrə ehtimal olunan kredit zərəri 4,196 milyon manat (31,1 % çox), maliyyə xərcləri 1,102 milyon manat (2,1 dəfə az), digər gəlirləri 2,448 milyon manat (əvvəlki il xərc olub), mənfəət vergisi ödəmələri isə 8,702 milyon manat (37,1 % az) təşkil edib.

Bu il yanvarın 1-nə ASK-nın aktivləri 1 milyard 501,019 milyon manat olub ki, bu da illik müqayisədə 0,4 % azdır. Hesabat dövründə korporasiyanın öhdəlikləri 21 % azalaraq 70,682 milyon manata düşüb, balans kapitalı 0,9 % artaraq 1 milyard 430,337 milyon manata çatıb.

Xatırladaq ki, ASK 2017-ci ildə dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon manatdır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir