Türkiyədə 5.1 bal gücündə zəlzələ olub.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Mərkəzindən (AFAD) bildirilib.
Məlumata görə, təbii fəlakət Marmara dənizində qeydə alınıb. Zəlzələ həm Bursa, həm də İstanbulda hiss edilib.
İtki və dağıntılar barədə hələ ki məlumat yoxdur.