Belçikanın şimal-qərbində, Fransa ilə sərhəddə yerləşən quşçuluq fermasında yüksək patogen quş qripi (H5N1) xəstəliyi qeydə alınıb.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı məlumat yayıb.
Məlumata görə, xəstəliyin yayılması 95 heyvanın, 20,1 min ev quşunun tələf olmasına səbəb olub.
Qeyd edilib ki, xəstəlik son vaxtlar Belçikanın bütün qonşu ölkələrinə, o cümlədən Fransa, Niderland və Almaniyaya yayılıb.