Lavrov: “Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan “3+3” platforması getdikcə daha perspektivli olur”
“Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan regional “3+3” platforması getdikcə daha perspektivli olur”.
“Zirvə yolu”nun məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla ikitərəfli görüşdə deyib.
“Prezident İlham Əliyevin Cənubi Qafqaz üzrə “3+3” regional platformasının formalaşdırılması təşəbbüsü artıq formalaşır, bu, həm də perspektivli formatdır. Bu istiqamətdə gələcək addımlar barədə qiymətləndirmələrinizi eşitməyə şad olaram”, – o qeyd edib.