“Yaxın Şərqdə müharibənin ikinci mərhələsi başlayıb”.
“Zirvə yolu” xəbər verir ki, bu barədə İsrail hökumətinin sözçüsü Eylon Levi brifinqdə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ikinci mərhələ hərbi baxımdan daha çətin olacaq.
E.Levinin sözlərinə görə, HƏMAS tamamilə məhv edilməyənə və ya təslim olmayana qədər müharibə davam edəcək.
Hökumət rəsmisi söyləyib ki, İsrail mülki şəxslərə minimum ziyanın dəyməsi üçün hər şeyi edir: “Döyüş meydanını seçən biz olmadıq. Bunu HƏMAS etdi”.
Xatırladaq ki, İsraillə HƏMAS arasında savaş bu il oktyabrın 7-də başlayıb.