İqtisadiyyat

Azərbaycan banklarının 6 türkdilli ölkədə 44 müxbir hesabı var

Bu ilin avqust ayına olan məlumata görə, Azərbaycan banklarının 6 türkdilli ölkədə 44-ə qədər müxbir hesabı var.

“Zirvə yolu” xəbər verir ki, bunu “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin prezidenti Zakir Nuriyev Türkiyədə keçirilmiş “Fintex Sammit İstanbul 2023” – maliyyə texnologiyaları sammitində bildirib.

“Hazırda türkdilli ölkələr arasında güclü ticarət əlaqələri sıx maliyyə münasibətlərinə səbəb olmaqdadır. Bunun bir təzahürü özünü müxbir münasibətlərdə göstərir”, – deyə o qeyd edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir