İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin bazasında Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş idarəsi yaradılıb.
“Zirvə yolu” bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, qeyd olunan dəyişikliklə Bakı şəhəri üzrə vahid uçot fəaliyyətini və operativ nəzarəti həyata keçirəcək vergi orqanı təsis edilib.
Bundan başqa 4 ərazi vergi orqanının səyyar və kameral vergi yoxlamalarla bağlı funksiyaları və Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin kameral vergi yoxlamaları ilə bağlı funksiyası Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin müvafiq funksiyalarına birləşdirilib. Pilot olaraq tətbiq edilən bu layihə səyyar və kameral yoxlamalar sahəsində yeni yanaşmanın tətbiq edilməsi, yoxlamaların effektivliyinin artırılması, qərarların qəbul edilməsi müddətlərinin optimallaşdırılmasına imkan verəcək.