Şou biznes

İlhamə Quliyevanın bacısı Əli Mirəliyevi məhkəməyə VERİR

“İlhamə Quliyeva heç vaxt Əli Mirəliyevi yaxınına buraxmayıb. Əli nə yerini, nə rəftarını, nə də ki, danışığını bilir. İlhamə hər zaman belə insanlardan uzaq olub”.

Bizim.Media xəbər verir ki, bu sözləri mərhum Xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva qonaq olduğu “O üz” verilişində deyib.

Sənətkarın bacısı özünü onun qohumu kimi qələmə verən müğənni Əli Mirəliyevi məhkəməyə verəcəyəni açıqlayıb:

“İlhamə Quliyeva özünə hörmət edən insan, xanım olub. Mən Əli Mirəliyevlə məhkəmədə görüşəcəyəm. Əlini məhkəməyə verəcəyəm. Nə qədər olar? İlhamə Quliyeva 7 ildir ki, dünyasını dəyişib. Əli Mirəliyev dayanmır ki, dayanmır. Sən İlhamə Quliyevaya nə vermisən ki, ala bilmirsən? Belə biabırçılıq olar?”

Xatırladaq ki, Əli Mirəliyev bir müddət əvvəl müsahibələrin birində “Gülbahar, utanmadın, gəlib onun avtomobilinə, şəhərdəki evlərinə, bağına sahib oldun? Sən onun düşmənisən. İlhamə Quliyevanın qəbri niyə belə toz içində qalmalıdır? Mal-mülkü şirindirsə, qəbri də sizə əziz olmalıdır. İlhamənin qardaşı dünyasını dəyişib. İlhamə digər bacısı İradəni çox istəyirdi. Lakin Gülbahardan zəhləsi gedirdi.

Bunu mən çox yaxşı bilirəm. İlhamə qızıma vəfat etməzdən əvvəl demişdi ki, mən öləndən sonra bacılarımı qəbrimə yaxın buraxma. Onun mülkləri ögey bacılarına qismət oldu, amma xarici pasportu mənə” fikirlərini səsləndirmişdi.

Qeyd edək ki, İ.Quliyeva sağlığında “Mənim Əli Mirəliyev adında qohumum yoxdur. Yalan söyləyir. O, mənim qohumum deyil. Özünü mənim sayəmdə reklam etməsin. Mən bunu ona qadağan edirəm” açıqlamasını vermişdi. Ekspertizanın ilkin nəticələrinə əsasən, Xalq artisti trombdan (qan damarının tutulması) 2016-ci ildə dünyasını dəyişib.

O, 80-cı illərdə qısa müddətli ailə həyatı qurub. Çox qısa sürən bu evlilik zamanı o, hətta həyat yoldaşının soyadını – Mirmöhsünovanı daşıyıb.

İlhamə xanımın həyat yoldaşı isə Faiq Mirmöhsünov olub. Lakin İ.Quliyeva qısa müddətdən sonra bu evliliyə son qoyub, yenidən Quliyeva soyadına qayıdıb. Xalq artistinin övladı olmadığı üçün, o, Orxan adlı oğlanı övladlığa götürüb. Quliyeva məşhur müğənni Tükəzban İsmayılovanın qızıdır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir