2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycan 26 milyon 858 min 68 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Məlumata görə, cari ilin 10 ayı ərzində ixrac edilən neft və neft məhsullarının dəyəri 12 milyard 965 milyon 270 min ABŞ dolları təşkil edib.
10 ay ərzində ixrac edilmiş xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 11% çox, dəyəri isə 0,3% çox olub.