Mqer Qriqoryan: “Delimitasiya komissiyalarının növbəti görüşünün tarixi yaxın gələcəkdə müəyyənləşəcək”
“Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə komissiyalarnın yeni görüşünün tarixi və yeri hələ müəyyən edilməyib”.
Bu sözləri Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan deyib.
Onun sözlərinə görə, noyabrın 30-da Tavuş vilayətində sərhəddə baş tutan görüşdən sonra ilin sonuna qədər yeni təmaslar gözlənilmir.
“Bununla belə, işin reqlamentini artıq tərəflər təsdiqləyiblər və yaxın gələcəkdə yeni görüşün tarixini razılaşdırmaq mümkün olacaq”, – deyə o qeyd edib.
Hökumət sədrinin müavini əlavə edib ki, sərhədin delimitasiyası və demarkasiyası illərlə uzana bilər, çünki bu, kifayət qədər mürəkkəb prosesdir:
“Tərəflər prosesi ancaq topoqrafik, peşəkar xəritələrdən, habelə hüquqi əhəmiyyət kəsb edən sənədlərdən istifadə etməklə aparacaqlar”.
Mənbə: Sputnik Ermənistan