Cəmiyyət

“Sahil Babayev və “komandası” körpə uşaqların haqqına girir” – İTTİHAM VAR…

Şirvan şəhəri, Gülbala Şıxbala küçəsinin sakini Novruzov Alim Arif oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi imtina vermək üçün bəhanə axtarır.

“Mən, Novruzov Alim Arif oğlu, yazaraq sizdən xahiş edirəm ki, qarşılaşdığım özbaşınalığı ictimailəşdirəsiniz.

Qeyd edim ki, ailə vəziyyətimə görə sənədlərimi toplayıb, sosial yardım almaq məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərdim. Bir müddət sonra mənə imtina cavabı gəldi. İmtinanın səbəbini araşdırdıqda isə mənə bildirdilər ki, ünvanı səhv yazmısınız.

Gəlib evə də baxış keçirilib. 5 oğul uşağına sahib ailəyik. Oğlumun biri müharibə iştirakçısı olub. Digər 2 oğlum bronxit xəstəsidir. 2 oğlum isə məktəblidir.

Sahil Babayev və “komandası” körpə uşaqların haqqına girir və bütün Azərbaycan da buna susur.

İmtinaya “səbəb” kimi deyirlər ki, küçə adını səhv yazmısınız. Mən ünvanı səhv yazmışamsa, yoxlama necə gəldi?! Küçəmizin adı illərdir “Gülbala Şıxbala” adı ilə gedirdi. Vətən müharibəsindən sonra isə dedilər ki, küçədə şəhid ailəsi var və küçənin adı “Elnur Qarayev” olacaq. Amma bu, təsdiqini tapmadı. Çünki heç yerdə yazılmadı və bizə məlumat verilmədi. İndi mənə bu səbəbdən imtina gəlib. Bu qurum sadəcə bəhanələr axtarır ki, sakinlərə imtina cavabı versin.

Hörmətli redaksiya, xahiş edirəm, problemimi işıqlandırın”.

Mənbə: “Hürriyyət”

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir