“Rentgen müayinəsi sığorta ilə pulsuz olsa da, Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda 1-ci otaqda hər müayinə üçün xəstələrdən 5 manat istəyirlər.
Bilsəm ki büdcəyə ödənilir, verərdim. Amma şəxsi ciblərə gedir. İstədilər, vermədim.
Aidiyyatı qurumlar bu dilənçiliyə nəzarət etsin. Həm maaşlardan sığortaya xeyli miqdarda hər ay pul tutulur, həm də bəzi tibb işçiləri rüşvətdən əl çəkmir.
Bütün sahələrdə ictimai nəzarət mütləqdir.
P.S. Həkimlər müayinəyə pul istəmədi”.
Şikayətçi: Elyar İslamoğlu, Filologiya üzrə fəlsəfə doktoru, Müstəqil ekspert
Təqdim etdi: DİA-AZ.NET (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır…