İran Prezidenti İbrahim Rəisi yanvar ayının ilk həftəsində Türkiyəyə səfər edəcək.
Bu barədə İran xarici işlər nazirinin müavini Əli Bagiri deyib.
O bildirib ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında baş tutacaq.
Səfər zamanı Türkiyə-İran Ali Səviyyəli Əməkdaşlıq Şurasının da iclasının keçirilməsi gözlənilir.