Cəmiyyət

“AAAF Park”da sakinlərdən pulu belə qoparırlar… – İLGİNC

Xırdalanda yerləşən “AAAF Park” Yaşayış Kompleksinə daxil olan bina sakinlərinin narazılığı bitmir. Bina sakinləri yük daşımaq üçün liftlərdən ödənişlə istifadə edir. Bu azmış kimi sakinlərə verilən lift kart və jetonları da hər ay məcburi şəkildə yenilənir.

Tribunainfo.az yazır ki, bina sakinləri qoyulan bu qaydalardan təngə gəldiklərini bildirirlər. Qeyd edirlər ki, illərdir yaşadıqları evə yeni əşya alınan zaman onu evə liftlə qaldırmaq üçün komendantlığa əlavə ödəniş etməli olurlar. Ödəniş edilmədiyi təqdirdə liftdən istifadəyə imkan verilmir. Sakinlər də məcburiyyətdən binanın hətta ən yuxarı mərtəbəsinə belə yükü pilləkənlərlə qaldırmalı olurlar.
Sakinlərin problemi təkcə bununla bitmir. Onlar qeyd edir ki, hər ay komndantlığa yaxınlaşıb yeni lift kartları, jeton almaq məcbudiyyətindədirlər. Təsadüfən kartını yeniləməyən sakin gecə evinə gələrkən həm blokun qapısında qala bilər, həm də liftsiz. Hər ay yenilənməyən lift kartları avtomatik olaraq koda düşür.
Sakinlər bu haldan artıq bezdiklərini bildirirlər. Komendantlıq bunu sakinlərin hər ay ev üçün tələb edilən kommunal pulu ödəməsi üçün edir. Sakinlər bildirir ki, kommunalı gecikdirən sakinlərə ya kart verilmir, ya da kartı blokdan çıxarılmır. Sakinlərin sözlərinə görə qoyulan bu özbaşına qaydalara problem yaratmağa başlayıb.
“Öz evimizə getmək üçün də maneələrlə rastlaşırıq. Hər şey üçün əlavə ödəniş tələb olunur. Bilmirik öz evimizdə yaşayırıq, yoxsa kirayə qalırıq” deyə, sakinlər bildirib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir