İdman

Türkiyə Superkuboku: “Qalatasaray” – “Fənərbağça” matçı ləğv edilib

Türkiyə Superkubokunda keçirilməli olan “Fənərbaxça” – “Qalatasaray” superkubok matçı təxirə salına bilər.

Buna səbəb matçın keçiriləcəyi Səudiyyə Ərəbistanında hökumətin meydana komandaların “Atatürk” yazılı köynəklərlə çıxmasına icazə verməməsidir.

21:45-də başlamalı olan matçın təxirə salınacağı gözlənilir. Hər iki komanda rəhbərliyi “Atatürk” yazılı köynəklərə icazə verilməyəcəyi halda meydana çıxmayacaqlarını bildirib.

***

“Fənərbaxça” – “Qalatasaray” matçı nəzərdə tutulduğu kimi 21:45-də başlamayıb. Türkiyə mətbuatının yazdığına görə, komandalar hələ ki, olduqları oteli tərk etməyib.

***

Oyunun başlanma saatından bir qədər sonra isə klublara matçın keçirilməyəcəyi bildirilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir