“Bakı Sığorta” ASC 2023-cü ilin 11 ayında 4 milyon 644 min manat sığorta haqqı yığıb.
Valyuta.az xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 210 min manat, yaxud da 20,7 % azdır.
Qeyd edək ki, 2022-ci ilin 11 ayında “Bakı Sığorta” 5 milyon 854 min manat sığorta haqqı toplayıb.
Bununla yanaşı, “Bakı Sığorta” ASC-nin 2023-cü ilin 11 ayında topladığı sığorta haqqlarının məbləği 2021-ci illin müvafiq dövrü ilə müqayisədə 148 min manat, yaxud da 3,2% azalıb.
“Bakı Sığorta” ASC 2021-ci ilin yanvar-noyabr aylarında 4 milyon 496 min manat sığorta haqqı toplayıb.