Cəmiyyət

“İcra başçısının müavini deyir ki, iş yoxdur, get evində otur” – ŞƏHİD ÖVLADI AİLƏSİNİ DOLANDIRA BİLMƏDİYİNİ DEYİR

Xocavənd rayonundan qaçqın düşən, hazırda Beyləqan rayonu ərazisində yerləşən Xocavənd qəsəbəsində yaşayan Axundov Ülfət Müslüm oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şəhid oğlu olduğunu deyən şikayətçi bildirir ki, Xocavənd İcra Hakimiyyəti ona iş vermir, bu səbəbdən də ailəsini dolandıra bilmir:

“Mən, Axundov Ülfət Müslüm oğlu, yazaraq sizdən xahiş edirəm problemimi işıqlandırın.

Həftəiçi qurumları gəzməkdən artıq bezmişəm. İcra Hakimiyyətinin qəbuluna nə vaxt gedirəm, “iş yoxdur” deyirlər. Müavini Azər müəllim deyir ki, “iş yoxdur, get evində otur”. Bildiyim idarələr var ki, 30 işçisi var, amma işə 10-u gəlir, 20 nəfəri öz adamlarıdır deyə işə də gəlmirlər.

Mən bir şəhid övladı olaraq, ailəmi saxlamaq üçün iş istəyirəm, demirəm ki, mənə vəzifə versinlər.

Dövlət qurumlarından xahiş edirəm, məni işlə təmin edin, ailəmi dollandırım”.

Məsələ ilə bağlı Xocavənd İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir