Türkiyənin “Anadolu” agentliyinin Ukraynadakı müharibəni işıqlandıran çəkiliş qrupunun Xarkovda qaldığı otel raket hücumuna məruz qalıb.
“Zirvə yolu” agentliyə istinadən xəbər verir ki, hadisə ötən gecə baş verib.
Qeyd edilib ki, partlayışlar nəticəsində otelin yuxarı mərtəbələri dağılıb və bina alova bürünüb.
Vurğulanıb ki, “Anadolu”nun müxbiri David Kaçkaçişvili və fotojurnalist Özge Elif Kızıl binanı tərk etməyə müvəffəq olub. D.Kaçkaçişvili yüngül yaralanıb. Qeyd edilib ki, hər iki jurnalistin səhhəti qənaətbəxşdir.
Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, jurnalistlərin olduğu otel S-300 raketləri ilə vurulub, 30-dan çox mülki vətəndaşın olduğu otel kompleksinin binasına ziyan dəyib, bir neçə avtomobil də yanıb.
Onun sözlərinə görə, 11 nəfər yaralanıb.