Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu İbrahim Cəfərovun direktorluğu dövründə – 6 oktyabr 2022-ci il tarixindən bu günə qədər 6 tenderə imza atıb. Hurriyyet.az xəbər verir ki, tenderlərin ümumi məbləğ 100 min manatdır.
Həmin siyahını təqdim edirik:
“NUR SUPPLIER” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə – Dəftərxana mallarının satınalınması – Məbləğ: 14.992 AZN
Bu ilin aprel ayında “NUR SUPPLIER” MMC ilə daha iki tender müqaviləsi imzalayıb. Yenə həmin tenderlərin məbləği 14.992 AZN.
Hər ikisində satınalma metodu kotirovkadır.
Ümumilikdə bu il ərzində 45 min manata yaxın müqavilə imzalanıb.
“Nur Supplier” MMC-nin qanuni təmsilçisi Rəhimə Yusibova Rəhman qızıdır, nizamnamə kapitalı 2 AZN-dir.
Ötən ilin noyabr ayında “CEŞMƏ-MM” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Elmi Tədqiqat Xidmətlərinə görə 3 tender müqaviləsi imzalanıb.
Hər bir tenderin məbləği 18.131,1 AZN-dir.
“Ceşmə -MM” MMC-nin nizamnamə kapitalı 10AZN, qanuni təmsilçisi Xoşbəxt Məmmədov Mirzə oğludur.
“Ceşmə -MM” MMC ilə bağlanan müqavilələrin ümumi məbləği 54 min manatdan çoxdur.
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun hazırkı direktoru İbrahim Cəfərov bundan öncə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru (25 iyul 2013 – 06 sentyabr 2022) vəzifəsində çalışıb. İbrahim müəllim həmim dövrdə də boş oturmayıb və tender müqavilələrini təhsil ocağı vasitəsi ilə həyata keçirib.
Universitetdə İbrahim Cəfərovun rəhbərliyi zamanı baş tutan tenderləri təqdim edirik:
Elm İstehsalat Alfa MMC – Elmi-tədqiqat işləri üçün təcrübi qurğuların hazırlanması işləri –məbləğ: 26.800 AZN (2017-ci il)
Zahra 2011 MMC – Digər maşın və avadanlıqlar – məbləğ 9.960 AZN
Zahra 2011 MMC – Bərk inventarlar – məbləğ 14.950 AZN (2018-ci il)
Elm İstehsalat Alfa MMC – Elmi tədqiqat işləri üçün təcrübi qurğuların hazırlanması işləri – məbləğ 14.950 AZN (2018-ci il)
Həsən-Aqil MMC – Bərk inventarlar – məbləğ 14.470 AZN (2018-ci il)
Maraqlıdır ki, sadaladığımız bu MMC-lərin heç birinin VÖEN kodları göstərilməyib və hazırkı Dövlət Vergi Xidmətinin açıq mənbəsində şirkətlərlə bağlı məlumat yoxdur.
İNCİ GROUP of COMPANİES QSC – Dəftərxana ləvazimatı və təsərrüfat mallarının alınması – məbləğ 30.255,32 AZN (2021-ci il)
Bu şirkətin nizamnamə kapitalı 12000 AZN, qanuni təmsilçisi İsa Abbasov Qurban oğludur.
Nəzrin-Z MMC – Ehtiyyat hissələrinin alınması – məbləğ 23.849 AZN (2021-ci il)
Nəzrin-Z MMC-nin nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçisi İlham Ağayev Rişad oğludur.
Qrandaut MMC – cari təmir ücün mal-material – məbləğ: 45.145 AZN
Şirkətin nizamnamə kapitalı 5 AZN, qanuni təmsilçisi Gündüz Nəbiyev Vəzir oğludur. (2021-ci il)
Fiziki şəxs Əmiraslanov Aslan Nurəddin – Dərman, sarğı ləvazimatlarının və materialların alınması – məbləğ 17.786 AZN (2021-ci il)
Autfilder MMC – Bioloji aktivlərin alınması – məbləğ 18.936 AZN
Şirkətin nizamnamə kapitalı 5 AZN, qanuni təmsilçisi Gündüz Nəbiyev Vəzir oğludur. (2021-ci il)
Təhsil ocağında bağlanan tender müqaviləsinin ümumi məbləği 180 min manatdan çoxdur.
Nəzərinizə çatdıraq ki, İbrahim Cəfərov ADAU-nun sabiq rektorudur. Onun dövründə ADAU-da olan maliyyə tenderlərini növbəti yazıda gündəmə gətirəcəyik. Lakin İbrahim Cəfərov bu tenderlərin, satınalmaların maliyyəsini tam başa çatdırıb yerinə yetirməyib. Kölgədə qalan tender pullarından xəbər yoxdur.
“Hürriyyət”in Gəncə müxbiri Azər