“Ramil Şeydayev sabah aramızda olacaq”.
“Zirvə yolu”nun məlumatına görə, bunu “Radyospor”a açıqlamasında Türkiyənin “Kocaelispor” klubunun prezidenti Engin Koyun deyib.
TFF I Liqasında çıxış edən klubun rəhbəri Azərbaycan millisinin futbolçusunun Tailand təmsilçisi “Buriram Yunayted”lə bu gün vidalaşacağını açıqlayıb: “Ramil Şeydayevlə anlaşdıq. O, “Buriram Yunayted”lə müqaviləsinə xitam verəcək. Şeydayevlə müqavilənin müddəti 1,5 illik olacaq”.
Qeyd edək ki, “Kocaelispor” 17 turdan sonra 33 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.