Rusiyanın müdafiə naziri Sergey Şoyqu iranlı həmkarı Məhəmməd Aştiani ilə telefon danışığında ikitərəfli hərbi əməkdaşlığı müzakirə edib.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, nazirlər danışıqlar zamanı hərbi sahədə ikitərəfli aktual məsələləri və hərbi-texniki əməkdaşlığa dair istiqamətləri müzakirə ediblər.
Şoyqu və Aştianinin regional təhlükəsizlik üzrə məsələlərə dair fikir mübadiləsi etidiyi də bildirilib.