Cəmiyyət

DYP qarın yollarda yaratdığı çətinliklərlə bağlı sürücülərə müraciət edib

Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) qarın yollarda yaratdığı çətinliklərlə bağlı sürücülərə müraciət edib.

“Zirvə yolu” İdarədən verilən məlumata görə xəbər verir ki, ölkə ərazisində hava şəraiti sabitləşsə də, ötən gündən yağan qarın yollarda yaratdığı çətinliklər hələ də qalmaqdadır:

“Xüsusilə səhər və axşam saatlarında havanın dumanlı, çiskinli olması, eləcə də dağlıq və dağətəyi rayonlarda, külək tutan açıq ərazilərdə, körpülərdə yol örtüyünün buz bağlaması nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirməklə yanaşı, sürüşmə ehtimalını da dəfələrlə artırır. Hazırda DYP əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə respublika əhəmiyyətli avtomobil yollarında və digər yaşayış məntəqələrində qarın yaratdığı fəsadların aradan qaldırılması, nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması üçün tədbirlər görülür, hərəkət iştirakçıları ilə profilaktik söhbətlər aparılır, yolun vəziyyəti barədə onlara məlumat verilir, sürüşmə səbəbindən yolda qalan sürücülərə köməklik göstərilir”.

BDYPİ sürücülərə müraciət edərək onlardan mövcud hava şəraitini düzgün qiymətləndirməyi, yolların buz bağlama ehtimalını nəzərə alaraq ehtiyat tədbirləri görməyi, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir