İdman

Azərbaycan Premyer Liqasında qış fasiləsinin oyun mənzərəsi – ARAŞDIRMA

Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatmaq üzrədir.

“Zirvə yolu”nun məlumatına görə, elita klubları təlim-məşq toplanışı çərçivəsində yoxlama görüşlərində qüvvələrini sınayıblar.

Komandalardan 5-i fasilənin qısa olduğunu nəzərə alaraq ölkə daxilində qalmağı məqsədəuyğun bilmişdisə, digər 5 iştirakçı Türkiyənin Antalya şəhərində hazırlaşıb.

Bu müddətdə “Turan Tovuz” 3, “Kəpəz” 1 sınaq matçı keçirib. Digər komandaların baş məşqçiləri isə yetirmələrini 2 görüşdə yoxlayıblar.

Mövsümün ilk yarısının lideri “Qarabağ” qalib ruhu yoxlama oyunlarında da nümayiş etdirib. Düzdür, Qurban Qurbanovun kollektivinin bir matçdakı rəqibi klubun əvəzedici komandası olub. Ancaq ağdamlılar çempionatdakı ən yaxın izləyicisi “Zirə”ni də böyük hesabla üstələməklə Premyer Liqanın ən yaxşısı olduqlarını bir daha ortaya qoyublar.

Xal prinsipi ilə götürsək, “Qarabağ” burada da turnir cədvəlinin lideridir. Son çempionla yanaşı, “Kəpəz” də maksimum nəticə göstərib. Lakin gəncəlilər bir qarşılaşma keçiriblər. Yalnız 3 komanda – “Araz-Naxçıvan”, “Neftçi” və “Turan Tovuz” bütün matçlarında məğlub olublar. Xüsusən də tovuzlular hər üç görüşdə rəqiblərinə uduzublar.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yanvarın 21-23-də keçiriləcək XIX turun oyunları ilə ikinci yarıya start veriləcək.

Klubların yoxlama görüşləri

“Turan Tovuz”: “Voluntari” (Rumıniya) 0:2, “Şiofok” (Macarıstan) 0:2, “Nasaf” (Özbəkistan) 2:4

“Neftçi”: “Ərzurumspor” (Türkiyə) 1:3, “Sportvereyn Valdhof” (Almaniya) 0:3

“Sumqayıt”: “Hermanştadt” (Rumıniya) 0:3, “Soqdiana” (Özbəkistan) 3:1

“Səbail”: “Universitatya Kluj” (Rumıniya) 0:0, “Fakel” (Rusiya) 0:1

“Sabah”: “Rapid” (Rumıniya) 2:1, “Vorskla” (Ukrayna) 0:3

“Zirə”: “Araz-Naxçıvan” 2:1, “Qarabağ” 0:4

“Araz-Naxçıvan”: “Zirə” 1:2, “Qəbələ” 0:2

“Qəbələ”: “Kəpəz” 1:2, “Araz-Naxçıvan” 2:0

“Qarabağ”: “Qarabağ-2” 7:2, “Zirə” 4:0

“Kəpəz”: “Qəbələ” 2:1

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir