İqtisadiyyat

Azərbaycan BƏƏ ilə dayanıqlı enerji mənbələri ilə bağlı layihələri müzakirə edib

Azərbaycan və BƏƏ arasında dayanıqlı enerji mənbələrindən istifadəyə keçid sahəsində birgə layihələrin perspektivləri müzakirə edilib.

“Zirvə yolu” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, müzakirələr Davos İqtisadi Forumu çərçivəsində onun və BƏƏ-nin iqtisadiyyat naziri, Azərbaycan-BƏƏ Birgə Hökumətlərarası Komissiyasının həmsədri Abdulla bin Tuq Əl Marri ilə görüşündə baş tutub.

M.Cabbarov vurğulayıb ki, tərəflər münasibətlərin yüksək səviyyədə olduğunu məmnunluqla vurğulayıb və iqtisadi tərəfdaşlığın gündəliyində olan məsələləri nəzərdən keçirib: “Hazırda gündəlikdə Azərbaycan-BƏƏ Birgə Hökumətlərarası Komissiyasının 9-cu iclasına hazırlıq, ticarət dövriyyəsinin artımı və biznes əlaqələrinin inkişafı istiqamətində təşəbbüslər, COP29 çərçivəsində əməkdaşlıq kimi məsələlərdir”.

Azərbaycan və BƏƏ arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azəbaycan tərəfdən həmsədri M.Cabbarovdur.

Yanvarın 14-də Davos İqtisadi Forumunun açılış mərasimi keçirilib. Forum yanvarın 19-na qədər davam edəcək.

Dünya İqtisadi Forumu 1971-ci ildən keçirilir. Tədbir iqtisadi xarakter daşımasına baxmayaraq, dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir