İqtisadiyyat

BMT-nin Baş katibi: “Qalıq yanacaqdan imtina qaçılmazdır”

Qalıq yanacaqdan istifadənin mərhələli şəkildə dayandırılması zəruri və qaçılmazdır.

“Zirvə yolu” xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş Davosda Dünya İqtisadi Forumunun iştirakçılarına müraciətində bildirib.

“Ümid edək ki, çox gec olmasın. Biz bərpa olunan enerjiyə ədalətli keçidi təmin etmək üçün indi hərəkətə keçməliyik”, – deyə o qeyd edib.

A.Quterreş xəbərdarlıq edib ki, planetdə temperaturu üç dərəcə yüksələcək: “2023-cü il tarixdə ən isti il olub, lakin o, gələcək illərlə müqayisədə ən sərin illərdən biri ola bilər”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir