ABŞ Yəməndə Husilərin raket buraxılış sistemlərini vurduğunu təsdiqləyib. Bu barədə çərşənbə günü ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“Zirvə yolu” “Azerinews.az”a istinadən xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı bunu qurğuların regionda ölkənin ticarət gəmiləri və hərbi dəniz gəmiləri üçün təhlükə yaratması ilə əsaslandırıb.