Cəmiyyət

TƏBİB-in sədrinin göndəriş monopoliyası

Vüqar Qurbanov vəzifəyə təyin ediləndən sonra TƏBİB-dən narazılıqlar ciddi şəkildə artmaqda davam edir

Vüqar Qurbanov Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru təyin edildikdən sonra səhiyyə sahəsində narazılıqlar yaranıb.

Bu barədə daxil olan məlumatda bildirilir ki, TƏBİB sədri vəzifəsindən sui-istifadə edərək səhiyyə sahəsində monopoliya yartmağa çalışır. Bu monopoliya isə sığortalı xəstələrin bütün sahələr üzrə müayinəsi üçün “Yeni Klinika” yönləndirilməsidir. Əldə etdiyimiz məlumata görə Vüqar Qurbanov tərəfindən xəstəxanalara göndərilən daxili əmrdə bildirilir ki, müayinə və müalicə üçün xəstələr yalnız “Yeni Klinika” ya göndərilməldir. Bundan başqa sədrin digər təlimatında isə xəstələrin sığorta xətti ilə özəl klinikalara göndərilməsi qadağan edilib.

TƏBİB icraçı direktorunun bu əmrinin özəl klinikalar tərəfindən ciddi şəkildə narazılıqla qarşılandığı bildirilir.
Vüqar Qurbanovun xəstələri məcburi şəkildə “Yeni Klinika” yönləndirməsinin araxasında isə dövlət büdcəsindən vətəndaşların sığortası üçün ayrılan vəsaitləri bir əldə cəmləşdirərək mənimsəməsi dayanır. Müayinə üçün xəstələrin “Yeni Klinika”ya göndərilməsi isə adı çəkilən tibb müəsissəsində böyük növbənin yaranmasına səbəb olub. Artıq bir çox xəstələr günlərlə növbə gözləməkdən narazılıq etdiklərini açıq şəkildə sosial şəbəkələrdə yazırlar.
Əldə etdiyimiz digər məlumatda bildirilir ki, Vüqar Qurbanovun xəstələrin məcburi “Yeni Klinika”ya göndərilməsindən bəhrələnənlərdən biri də adı çəkilən tibb müəsissəsinin direktoru Barat Yusubovdur. Belə ki, “Yeni Klinika”da xəstə növbəsinin çoxluğundan istifadə edən Barat Yusubov onların bir hissəsini özünə məxsus EGE Hospitala xəstəxanasına göndərtdirir. Bu isə o anlama gəlir ki, dövlətin vətəndaşa ayırdığı sığorta pullarının bir hissəsinində Vüqar Qurbanovla bərabər həm də Barat Yusubov yararlanır.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev dəfələrlə çıxışlarında vətəndaşların xeyrinə işlədiklərini və onların rahatlıqları üçün bütün addımları atacaqlarını dilə gətirir. Ancaq TƏBİB sədri Vüqar Qurbanovla “Yeni Klinika”nın direktoru Barat Yusubovun vəzifələrindən sui-istifadə edərək vətəndaşları özlərinin maddi maraqlarını təmin edən tibb müəsissələrinə yönləndirmələri Zaur Əliyevin dedikləri ilə heçdə üst-üstə düşmür. Görünür İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru, TƏBİB sədri Vüqar Qurbanovun göndəriş monopoliyasından xəbərsizdir.

Bundan başqa səhiyyə kluarlarında yayılan məlumatlarda iddia edilir ki, hazırda TƏBİB sədrinin ən yaxın adamlarından biri də 5 saylı şəhər kliniki xəstəxanasının baş həkimi Fazil Alməmmədovdur. Belə ki, vəzifəyə təyin olunmaq istəyən şəxslərin məhz Fazil Alməmmədov aracılığı ilə Vüqar Qurbanovla görüşdüyü deyilir. Xəstəxana direktoru vəzifəsinin qiymətinin 200-300 min manat arasında dəyişdiyi bildirilir. Hətta hər hansısa bir xəstəxanaya həkim təyin olunmaq istəyən şəxsin mütləqdir ki, 20-30 min manatı olsun. Bundan başqa xəstəxanaya xadimə kimi işə götürülən şəxs 2000-3000 min manat verməlidir.(Bakunews)

Mövzu il bağlı araşdırmalarımız davam edir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir