Cəmiyyət

Barat Yusubov “Yeni Klinika”dan “EGE Hospital”a “müştəri” göndərir – İDDİA+AÇIQLAMA

Barat Yusubov “Yeni Klinika”ya rəhbər gələndən bəri müəssisədən “EGE Hospital”a yönləndirmələr çoxalıb.
Bununla bağlı AFN.az-a danışan mənbə iddia edir ki, demək olar, hər gün dövlət xəstəxanasından adıçəkilən özəl xəstəxanaya “müştəri” göndərilir: “EGE Hospital”a hazırda Barat Yusubovun xanımı Gültəkin Yusubova rəhbərlik edir. Barat Yusubov “Yeni Klinika”ya rəhbər təyin ediləndən bəri xəstələrin bir çox prosedurlar üçün – sığortalı-sığortasız “EGE Hospital”a yönləndirməsi halları çoxalıb. Belə çıxır ki, Barat Yusubov dövlət müəssisəsi olan “Yeni Klinika”dan öz şəxsi biznesini “çiçəkləndirmək” üçün istifadə edir”.
Qeyd edilənlərlə bağlı “Yeni Klinika”nın mətbuat xidmətindən AFN.az-a bildirildi ki, müəssisədə icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində tibbi xidmətlər təklif olunur: “Azərbaycan Respublikasının hər bir vətəndaşı tək şəxsiyyət vəsiqəsi ilə (qeydiyyat yeri nəzərə alınmadan) və ya göndərişlə tibb müəssisəsinə yaxınlaşaraq növbə götürməklə tibbi xidmətlərdən yararlana bilər.
Müraciət edən pasiyentə Xidmətlər Zərfi daxilində ehtiyac olan tibbi xidmət “Yeni Klinika”da mövcud deyilsə (bu çox məhdud sayda xidmətlərlə bağlıdır) müvafiq qaydaya uyğun olaraq həmin xidmətin təqdim olunduğu digər dövlət xəstəxanalarına göndəriş verilir. Göndərişin verildiyi tibb müəssisəsi imtina verdiyi təqdirdə isə ölkədə fəaliyyət göstərən özəl klinikalara göndərişlərin verilməsi təmin olunur.
Qeyd edək ki, özəl tibb müəssisələrində də Xidmətlər Zərfi daxilində göstərilən xidmətlər vətəndaş üçün tam ödənişsiz həyata keçirilir.(AFN)

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir