Kriminal

Bakıda qadını ov tüfəngindən öldürməyə cəhd hadisəsi ilə bağlı cinayət işi açılıb, saxlanılan var

Bakıda qadını ov tüfəngindən öldürməyə cəhd hadisəsi ilə bağlı cinayət işi açılıb.

“Zirvə yolu”nun Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən verdiyi xəbərə əsasən, yanvarın 16-da paytaxtın Səbail rayonu ərazisində Cəmilə Məmmədovaya ov tüfəngindən atəş açılmaqla xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə istintaq aparılır.

İlkin istintaqla cinayətin Rəşad Əsədzadə tərəfindən aralarında yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir