İdman

Komandanı AVRO-2020-yə çıxardı, istefa verdi

İspaniya millisində baş məşqçi dəyişikliyi olub.

Oxu.Az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales və idman direktoru Xose Fransisko Molinanın keçirdiyi mətbuat konfransında bildirilib.

Belə ki, ailə problemlərinə görə iyunda komandadan ayrılmış Luis Enrike qayıtmaq istədiyini bildirib. Onu əvəzləyən köməkçisi Roberto Moreno komandanı AVRO-2020-yə çıxarsa da, könüllü şəkildə istefa verib. O, Luis Enrikenin qayıdacağını bilincə baş məşqçilikdən ayrılacağını açıqlayıb.

Beləliklə, Luis Enrike DÇ-2022-nin sonunadək İspaniya millisini çalışdıracaq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir