Müğənni Nadir Qafarzadə “Hər şey daxil” verilişindəki açıqlaması ilə tənqid edilib.
Zirveyolu.info axşam.az-a istinadən xəbər verir ki, sənətçi türkiyəli şoumen Cem Yılmazı “qıjı” adlandırmasının səbəbini açıqlayıb:
“Tanımıram onu, bizdə Türkiyə kanalları yoxdur. Fikirləşdim ki, niyə bizə daha yaxşı sənət adamları gətirilmir? Hamısını elə yaşda gətirirlər ki, öz ölkələrində heç kimə lazım deyil. Lap demişəm də, vurub öldürəcəksiz məni? Mənə bir söz desəydi, Cemin üstünə türklər getməzdilər. Biz bədbəxt millətik. Bağışlayın, qələt eləmişəm, məni öldürməyin”.