Türkiyənin Muğla əyalətində 4,4 bal gücündə zəlzələ baş verib.
Zirveyolu.info Trend-ə istinadən xəbər verir ki, yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.
Qeyd olunur ki, zəlzələnin episentri Marmaris şəhərində, yerin 6 kilometr dərinliyində qeydə alınıb.
Təkanlar qonşu vilayətlərdə də hiss olunub.