NATO 155 millimetrlik artilleriya sursatının alınması üçün 1,2 milyard ABŞ dolları məbləğində müqavilə imzalayıb.
“Zirvə yolu” TASS-a istinadən xəbər verir ki, bu barədə alyansın rəhbəri Yens Stoltenberq məlumat verib.
“Biz elə indi yüz minlərlə 155 mm-lik sursatın alınmasına dair müqavilə imzaladıq”, – o qeyd edib.
Onun sözlərinə görə, belə investisiyalar həm də bloka üzv ölkələrə Ukraynanı bundan sonra da dəstəkləməyə imkan verəcək.