Azərbaycanla Özbəkistan arasında sığorta əlaqələrinin formalaşdırılması müzakirə olunub
Azərbaycanla Özbəkistan arasında sığorta əlaqələrinin formalaşdırılması müzakirə olunub.
“Zirvə yolu” xəbər verir ki, bu barədə “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyi məlumat yayıb.
Məlumata görə, ASA-nın icraçı direktoru Elmar Mirsalayev Daşkəndə səfəri çərçivəsində Özbəkistan Peşəkar Sığorta Bazarı İştirakçıları Assosiasiyası ilə görüş keçirilib. Görüşdə Azərbaycan-Özbəkistan arasında sığorta sahəsində əlaqələrin formalaşdırılması, assosiasiyalar arasında münasibətlərin inkişafı imkanları geniş müzakirə olunub.
Həmçinin Türk Dünyası Sığorta Birliyinin ASA tərəfindən hazırlanmış “Yol xəritəsi”ndən irəli gələn tədbirlərin həyata keçirilməsində birgə əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.