Rusiya ordusu bu gün Ukraynanın Xarkov şəhərini atəşə tutub.
“Zirvə yolu” xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində 4 yaşlı uşaq da daxil olmaqla 9 nəfər yaralanıb.
Həmçinin, ərazidə yaşayış binalarına, mülki infrastruktura və elmi müəssisəyə ziyan dəyib.