İdman

“Neftçi” xalq artisti ilə klub arasındakı əməkdaşlığa münasibət bildirib

“Neftçi” xalq artisti Miri Yusiflə klub arasında olan əməkdaşlığa münasibət bildirib.

“Zirvə yolu” “Ağ-qaralar”ın mətbuat xidmətindən verilən məlumata görə xəbər verir ki, bu əməkdaşlıq 2022-ci ildə klubun əvvəlki rəhbərliyinin sifarişi ilə baş tutub.

“Musiqisi Eldar Mansurova, sözləri Fariz Zeynalova aid olan “Neftçi” haqqında bəstə klubun istəyi əsasında hazırlanıb və təqdim edilib”, – deyə açıqlamada vurğulanıb.

Qeyd edək ki, mətbuatda “Neftçi”nin Miri Yusifə yeni himn üçün 21 min 480 manat ödədiyi barədə məlumat yayılıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir